Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanı regional kommunikasiyaların açılması prosesinə əngəl yaratmaqda ittiham edib.
Oxu.Az-ın erməni mediasına istinadla verdiyi xəbərə görə, Vaşinqtonda erməni jurnalistlərlə söhbətində Paşinyan bildirib ki, hazırda əldə olunan razılaşma formulu əvvəllər Ermənistan tərəfindən Rusiyaya təklif edilib.
Onun sözlərinə görə, üçtərəfli işçi qrupu çərçivəsində İrəvan bu məntiq əsasında işləməyə hazır olsa da, prosesə süni maneələr yaradılıb.
Baş nazir vurğulayıb ki, Moskva danışıqları Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını zəiflədə biləcək istiqamətə yönəltməyə çalışıb.
"Fərq ondadır ki, indi razılaşma mətni daha açıq şəkildə ifadə olunub", - deyə Paşinyan qeyd edib.
Oxşar xəbərlər
Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır
Paşinyan: Vaşinqtonda Bakı ilə razılaşmanın əldə olunduğu formulanı İrəvan Rusiyaya təklif etmişdi
Nikol Paşinyan: "Azərbaycanla kommunikasiyaların açılması məsələsində fikir ayrılıqlarımız var"
Paşinyan: Kommunikasiyaların açılmasını ərazi bütövlüyü kontekstində nəzərdən keçiririk
Leyla Abdullayeva ilə Paşinyan debata çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













