Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2026
23:15
ff aaaaaaa

Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI

24 iy, 2026
23:15
264

Çin və Rusiya İrana hərbi dəstək verir? - Tramp AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin və Rusiya İrana hərbi dəstək göstərmir.

Oxu.Az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasındakı paylaşımında yazıb.

Trampın sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində keçirilən şəxsi görüş zamanı ona heç bir halda İrana silah verməyəcəklərini və ya satmayacaqlarını bildirib. O qeyd edib ki, bu prinsip Çin şirkətlərinə də şamil olunur.

ABŞ Prezidenti həmçinin bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin də ona Rusiyanın İrana silah satmayacağını deyib.

"O anlayır ki, mən Ukraynaya silah satmıram, silahları NATO ölkələrinə satıram. Onlar bunun tam məbləğini ödəyirlər. Həmin silahların sonradan necə paylanması barədə isə mənim heç bir məlumatım yoxdur", - deyə Tramp əlavə edib.

"Buna görə də İranla bağlı tez-tez adları hallanan iki böyük ölkənin, mənim fikrimcə, bu prosesdə iştirakı yoxdur. Əgər iştirak etsəydilər, bu onlar üçün çox pis olardı və qətiyyən maraqlarına uyğun gəlməzdi", - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul