ABŞ məhkəməsi "Warner Bros." və "Paramount" arasında birləşmə sazişini müvəqqəti dayandırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2026
08:14
0
0
1 181
ff aaaaaaa

ABŞ məhkəməsi "Warner Bros." və "Paramount" arasında birləşmə sazişini müvəqqəti dayandırıb

21 iy, 2026
08:14
1 181

ABŞ məhkəməsi "Warner Bros." və "Paramount" arasında birləşmə sazişini müvəqqəti dayandırıb

ABŞ məhkəməsi "Paramount Skydance" və "Warner Bros. Discovery" şirkətlərinə birləşmə ilə bağlı sövdələşmənin tamamlanmasını 14 gün müddətinə dayandırmağı tapşırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Şirkətlər sövdələşməni iyulun 22-də başa çatdırmağı planlaşdırırdılar. Bir həftə əvvəl Kaliforniya ştatının hakimiyyəti və daha 11 ştat məhkəməyə müraciət edərək sövdələşmənin dayandırılmasını tələb edib. İddiada bildirilib ki, bu birləşmə kinoprokat bazarında və kabel televiziya kanallarının məzmun lisenziyalaşdırılması sahəsində rəqabətə zərər vura bilər.

İyunda ABŞ Ədliyyə Nazirliyi "Paramount Skydance Corp."un "Warner Bros. Discovery"ni satın almasını təsdiqləyib. Sövdələşmə 81 milyard dollar (borclar da daxil olmaqla 110 milyard dollar) dəyərində qiymətləndirilib. Nazirlik hesab edib ki, birləşmə nə rəqabətə, nə də istehlakçılara zərər vuracaq.

Nəşrin məlumatına görə, Ədliyyə Nazirliyinin hüquqşünasları əvvəlcə bu sövdələşməyə etiraz etmək istəyiblər. Onların fikrincə, iki böyük kinostudiyanın birləşməsi rəqabəti məhdudlaşdıra və antiinhisar qanunvericiliyini poza bilərdi. Lakin "The Wall Street Journal"ın yazdığına görə, iyunun 12-də nazirlik araşdırmanı dayandırıb ki, bu da faktiki olaraq sövdələşmənin təsdiqlənməsi anlamına gəlib.

Xatırladaq ki, 2025-ci ilin dekabrında "Netflix" "Warner Bros. Discovery"nin bir sıra aktivlərini - "Warner Bros." kinostudiyasını, "HBO" telekanalını və "HBO Max" striminq xidmətini satın aldığını elan etmişdi. Səhmlərin dəyəri 27.75 dollar olaraq qiymətləndirilmiş, sövdələşmə ilə bağlı səhmdarların xüsusi iclası isə martın 20-nə təyin olunmuşdu.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul