Rusiyada müəlliməni öldürən məktəbli iki ay müddətinə həbs edilib
sizinxeber.az xəbər saytı

Rusiyada müəlliməni öldürən məktəbli iki ay müddətinə həbs edilib


Rusiyanın Perm diyarının Dobryanka məktəbinin girişində müəlliməni bıçaqla öldürən 17 yaşlı məktəbli iki ay müddətinə həbs edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "REN TV"yə Perm Diyar Məhkəməsindən məlumat verilib.

Qeyd edək ki, hücum aprelin 7-də baş verib. Müəllimə xəstəxanaya yerləşdirilib və sonradan aldığı xəsarətlərdən orada vəfat edib.

Medianın məlumatına görə, yeniyetmə polis qeydiyyatında olub. Onun dərsləri ilə bağlı ciddi problemləri var idi və müəllimə onu imtahanlara buraxmamağı planlaşdırırdı.

Hadisə ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") və 293-cü maddəsi ("Səhlənkarlıq") üzrə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Perm diyarında məktəblinin bıçaqladığı müəllim ölüb
Rusiyada 13 yaşlı qız 2 və 5 yaşlı iki bacısını vəhşicəsinə qətlə yetirib
Permdə şaxtada 48 metr dərinlikdə qəza baş verib, ölənlər var
Hövsanda müəllimə olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər