Perm diyarında məktəblinin bıçaqladığı müəllim ölüb
sizinxeber.az xəbər saytı

Perm diyarında məktəblinin bıçaqladığı müəllim ölüb


Rusiyanın Perm diyarında məktəblinin bıçaqla hücum etdiyi müəllim xəstəxanada ölüb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Maxonin məlumat verib.

"Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, rus dili və ədəbiyyatı müəllimi Olesya Petrovna Baqutanı xilas etmək mümkün olmayıb", - o deyib.

Yeniyetmə polis nəzarətinə alınıb.

Qeyd edək ki, yeniyetmə bu gün səhər saatlarında məktəbin girişində müəllimə bıçaqla xəsarət yetirib. Məlumata görə, gəncin təhsili ilə bağlı ciddi problemləri olub və müəllim onu imtahanlara buraxmamağı planlaşdırıb. Məktəbdə tədris prosesinin dayandırılması qərara alınıb.

Oxşar xəbərlər

Permdə şaxtada 48 metr dərinlikdə qəza baş verib, ölənlər var
Xorvatiyada yeniyetmə şagird və müəllimlərə bıçaqla hücum edib, 7 nəfər yaralanıb
ABŞ-də məktəbdə atışma: müəllim və yeniyetmə öldürülüb
Perm diyarında yol qəzasında 4 nəfər ölüb
Polis məmuruna bıçaqla hücum edən sabiq basketbolçu güllələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər