ABŞ-də məktəbdə atışma: müəllim və yeniyetmə öldürülüb
sizinxeber.az xəbər saytı

ABŞ-də məktəbdə atışma: müəllim və yeniyetmə öldürülüb


ABŞ-nin Viskonsin ştatındakı məktəbdə atəş açaraq iki nəfərin ölümünə səbəb olan şəxsin kimliyi polis tərəfindən müəyyən edilib. O, məktəbin 15 yaşlı şagirdi Natali Rapnou olub.

“Sizinxeber.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Medison şəhərinin polis rəisi Şon F.Barns jurnalistlərə açıqlamasında deyib.

"İnsident zamanı bir müəllim və bir yeniyetmə həlak olub. Natali Rapnounun özü də güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda ölüb", - polis rəisi bildirib.

Bundan əlavə, məktəbin altı şagirdi və bir müəllimi xəsarət alıb.

"Biz hələ də hadisənin səbəblərinin müəyyən edilməsi üzərində işləyirik. Detektivlər onun ailə üzvləri ilə danışıb və Medisondakı evində axtarış aparıblar", - Ş.Barns qeyd edib.

Oxşar xəbərlər

ABŞ-də məktəbdə atışma olub, ölən və xəsarət alanlar var
Hyustonda şənlikdə atışma nəticəsində iki yeniyetmə həlak olub
Sietlın ətrafında silahlı insident nəticəsində 5 nəfər ölüb
ABŞ-də iki atışma olub, ölən və xəsarət alanlar var
ABŞ-də məktəbdə atışma olub, ölən və yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər