Mirzoyan: Ermənistan və Pakistan qarşılıqlı olaraq səfirliklər açmağa hazırlaşır
sizinxeber.az xəbər saytı

Mirzoyan: Ermənistan və Pakistan qarşılıqlı olaraq səfirliklər açmağa hazırlaşır


Ermənistan və Pakistan qarşılıqlı olaraq qeyri-rezident səfirliklərin açılması prosesindədir.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O xatırladıb ki, ötən il Ermənistan üç ölkə ilə diplomatik münasibətlər qurub: Lesoto, Solomon adaları və Pakistan.

"Xüsusilə, Pakistanın vəziyyətində, bilirsiniz, uzun illər ərzində spesifik bir problem mövcud idi, bu, həmçinin Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı olan bir düyün idi. Ötən il biz qarşılıqlı anlaşmaya nail ola bildik və Pakistan tərəfi də bu fakta böyük həvəslə yanaşdı. Diplomatik münasibətlər qurduq və səfirləri akkreditasiya edəcəyik, hazırkı mərhələdə qeyri-rezident, lakin biz bu prosesdəyik", - A.Mirzoyan qeyd edib.

Oxşar xəbərlər

Mirzoyan: Bakı və Ankara ilə münasibətləri normallaşdırmaq lazımdır
Ararat Mirzoyan: İrəvan və Ankara tələbə təqaüdlərinin təsis edilməsini müzakirə edir
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Mirzoyan: Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər