İranda 500 saatdan çoxdur internet tam kəsilib
sizinxeber.az xəbər saytı

İranda 500 saatdan çoxdur internet tam kəsilib


İranda internet xidməti 500 saatdan çoxdur ki, demək olar tam kəsilib.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

"Artıq 528 saat keçib, İranda 23 gündür internet kəsilib", - məlumatda deyilir.

Bu kəsinti bölgədə hərbi eskalasiya fonunda baş verir. Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və nəticədə Tehran da daxil olmaqla bir neçə şəhərə zərbələr endirilib.

Cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı genişmiqyaslı əməliyyat elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla, ABŞ-nin regiondakı bir neçə ölkəsindəki obyektlərinə zərbələr endirilib.

Oxşar xəbərlər

İranda 60 saatdan çoxdur ki, internet yoxdur
ABŞ və İsrailin İranın mərkəzinə zərbələri nəticəsində dörd nəfər həlak olub
SEPAH İsrail və ABŞ-a qarşı növbəti əməliyyata başladı
İsrail ordusu bir gündə İranda 200-dən çox obyektə hücum etdiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər