Tbilisidə Novruz Bayramı qeyd olunur
Tbilisinin mərkəzində, Heydər Əliyev adına parkda Novruz bayramı qeyd olunur.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Tbilisi meriyası, Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi tərəfindən təşkil olunub.
Tədbirdə Tbilisi meri Kaxa Kaladzenin müavini Kaxa Abuladze, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Türkiyə səfirləri, həmçinin Gürcüstanın rəsmi şəxsləri iştirak ediblər. Hər ölkə öz stendini quraraq milli mədəniyyətini təqdim edib.
Kaxa Abuladze jurnalistlərə müsahibəsində Azərbaycan icmasını və Türk dünyasını Novruz Bayramı münasibətilə təbrik edib. Novruzun həm də dostluq bayramı olduğunu vurğulayıb.
Bayram çərçivəsində mədəniyyət və sənət sərgiləri təşkil olunub, ənənəvi Novruz tonqalı alovlandırılıb. Eyni zamanda, bayram konserti təqdim edilib
Artıq üçüncü ildir ki, Tbilisidə belə tədbir keçirilir və Gürcüstanda yaşayan azərbaycanlılar, gürcülər və digər xalqlar bir araya gələrək Novruzun birlik və dostluq ruhunu yaşayırlar.
Tədbir Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin dərinləşdirilməsinə xidmət edən əhəmiyyətli bir platforma kimi dəyərləndirilir.
Oxşar xəbərlər
Qarabağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib - FOTO
Tbilisidə Arif Hüseynovun fərdi sərgisi açılıb
Xocalıda Novruz konserti keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
