Tbilisidə Arif Hüseynovun fərdi sərgisi açılıb
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın xalq rəssamı, professor Arif Hüseynovun "Novruzun naxışları" adlı fərdi sərgisi açılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, sərgi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin qalereyasında keçirilib və Tbilisidə rəssamın ilk fərdi sərgisi kimi diqqət çəkib.
Tədbir Novruz bayramı çərçivəsində təşkil olunub və baharın gəlişi, yenilənmə və milli adətlərin təbliği ilə bağlıdır.
Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi, "Palazzo Mandrili-Azərbaycan-İtaliya" Qalereyası və Bakı İncəsənət Qalereyasının dəstəyi ilə reallaşıb.
A. Hüseynov "Report"un Gürcüstan bürosuna bildirib ki, sərgidə Novruz adətlərini əks etdirən 20 əsər nümayiş olunur. "Sərgi həm milli adət-ənənələrin təbliği, həm də Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir",- o deyib və əlavə edib ki, sərgi 1 ay müddətinə davam edəcək.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iki ölkə arasında mədəni əlaqələrin inkişafından danışıb və bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl də Gürcüstanın Bolnisi şəhərində yerləşən Bolnisi Muzeyində Arif Hüseynovun "Zamanın ilmələri" layihəsi çərçivəsində hazırladığı əsərlərdən ibarət sərgi təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycanlı rəssamın Tbilisidə sərgisi keçiriləcək
Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb
Tbilisidə “Lənkəran xanının vəziri” əsəri səhnələşdirilir
Bişkekdə ənənəvi Azərbaycan əl işlərinin sərgisi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
