

Qarabağ Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib - FOTO
Qarabağ Universitetində İlaxır çərşənbə və Novruz bayramı münasibətilə tədbir və konsert proqramı təşkil edilib.
Sizinxeber.az-nın Qarabağ müxbiri xəbər verir ki, universitetin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq milli bayramımız Novruzun İlaxır çərşənbəsini Xankəndi şəhərində qeyd etməyin qürurundan bəhs edib. Rektor bildirib ki, Xankəndi şəhərində Novruz bayramını qeyd etməyimizin özü də xalqımızın əzmi, Prezident İlham Əliyevin siyasi iradəsi və Ordumuzun rəşadətinin nəticəsidir. Ş.Bayramov Qarabağ Universitetinin professor-müəllim, inzibati və tələbə heyətini əziz bayram münasibətilə təbrik edib və Novruz bayramının hər kəsə birlik və həmrəylik gətirməsini diləyib.
Tədbir rəsmi hissənin ardından bədii proqramla davam edib. Proqramda Qarabağ Universitetinin tələbələri tərəfindən milli rəqslər və Novruz bayramına aid adət-ənənələri əks etdirən səhnəciklər təqdim olunub. Bundan əlavə, tədbirdə müəllim və tələbələrin ifasında milli mahnılar səsləndirilib.
Sonda bayram tonqalının ətrafında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə yallı təşkil edilib.
Oxşar xəbərlər
Xankəndidə Qarabağ Universitetinin yaradılmasının ildönümü qeyd olunub - FOTO
Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının 1 illiyi münasibətilə konsert keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Blinken Novruz bayramı ilə bağlı paylaşım edib
Qarabağ Universitetinin Rektoru: Hədəflərimizdən biri də tədqiqat əsaslı ali məktəb olmaqdır - FOTO
Xankəndidə Qarabağ Universitetinin yaradılmasının ildönümü qeyd olunub - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
