İran ABŞ-yə məxsus "Citibank"ın hədəfə alınmasının səbəbini açıqlayıb
ABŞ və İsrail İranda məktəb, xəstəxana və bank binalarını hücuma məruz qoyub.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi MSNBC-yə müsahibəsində deyib.
"İki gün əvvəl ABŞ bizim banklarımızdan birini hədəfə aldı", - Əraqçi bildirib.
Onun sözlərinə görə, İran ABŞ-nin bu hücumuna eyni cavab verib:
"Amerika bankı olan "Citibank"a məxsus bir binanı hədəfə aldıq. Əslində bizim etdiyimiz "gözə göz" prinsipidir".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
Tehran İsrailə hücuma hazır olduğunu açıqlayıb
Əraqçi: İran nüvə proqramından əl çəkməyəcək
İran XİN başçısı: Trampın yazdığı məktub ərəb dövləti vasitəsilə İrana veriləcək
İran XİN: İsrail və ABŞ yenə təcavüz etsə, qəti cavab verəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
