sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tehran İsrailə hücuma hazır olduğunu açıqlayıb
İran İsrailin hücumuna hazırdır və dərhal cavab verəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi NTV telekanalına müsahibəsində bildirib.
“İran İsrailin hücumuna hazırdır, biz dərhal cavab verəcəyik, lakin ümid edirik ki, bu baş verməyəcək”, – nazir deyib.
Xatırladaq ki, oktyabrın 1-də İran HƏMAS, “Hizbullah” hərəkatlarının və İslam İnqilabı Keşikçiləri Korpusunun (İranın elit hərbi qüvvələri) rəhbərliyindəki əsas şəxslərin öldürülməsinə cavab olaraq İsrailə kütləvi raket zərbəsi endirmişdi.
İsrail Baş Qərargahı hücuma cavab verəcəyini vəd edib.
Oxşar xəbərlər
Bayden: ABŞ İsrailin İrana nə vaxt və necə cavab verəcəyini bilir
İsrail ABŞ-dən ikinci THAAD raketdən müdafiə sistemi istəyir
ABŞ ballistik raketləri dəf etmək üçün İsrailə THAAD sistemi verəcək
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
KİV: İsrail İranın hücumuna tezliklə cavab verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













