Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi keçirilir
İğdır şəhərində Zəngəzur dəhlizinin bir hissəsi olan Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi keçirilir.
"Report" xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Qeyd edək ki, layihə üçün Türkiyə Xəzinə və Maliyyə Nazirliyi tərəfindən görülən işlər nəticəsində 2,4 milyard avro məbləğində xarici maliyyələşdirmə təmin edilib. Bu xətt 224 kilometr uzunluğunda, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək. Xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 alt keçid, 27 üst keçid, 480 suötürücü və s. inşası nəzərdə tutulur.
Xatırladaq ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bir neçə gün əvvəl bu barədə açıqlama verərək sözügedən xəttin Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcəyini vurğulayıb. O, yolun həm Türkiyənin logistika imkanlarını artıracağını, həm də Asiyaya uzanan ticarət yollarında ölkənin təhlükəsizlik adası olaraq geostrateji mövqeyini möhkəmləndirəcəyini bildirib.
Oxşar xəbərlər
Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasiminin tarixi açıqlanıb
Türkiyə ilə Azərbaycanı birləşdirən dəmiryolu xəttinin təməlqoyma mərasiminin keçiriləcəyi tarix açıqlanıb
Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də baş tutacaq
Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi keçirilib
Türkiyə Qars-Dilucu dəmir yolu layihəsi üçün 2,4 milyard avro "yaşıl maliyyə" cəlb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












