Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Mark Rutte arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin kommunikasiya idarəsindən bildirilib.

Tərəflər Rusiya-Ukrayna müharibəsindəki son durumu müzakirə ediblər.

Onlar, eyni zamanda regional və qlobal məsələlər barədə danışıblar.

Ərdoğan bildirib ki, tərəflər arasında atəşkəsin təmin olunması məqsədilə İstanbulda davam edən müzakirələrdə irəliləyiş əldə olunur.

Onlar, həmçinin ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskada keçirilməsi gözlənilən görüş barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Ərdoğan NATO Baş katibi ilə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə edəcək
Ərdoğan və Putin regional məsələləri müzakirə edib
Türkiyə Prezidenti ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub
Ərdoğan: NATO Rusiya-Ukrayna müharibəsində tərəfə çevirilməməlidir
Ərdoğan Putinə Ankaranın Rusiya-Ukrayna ilə bağlı danışıqları qəbul etməyə hazır olduğunu bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle