Sizinxeber.az » DÜNYA » Region » Ermənistan və İran XİN başçıları Vaşinqtondakı danışıqların nəticələrini müzakirə edib

Ermənistan və İran XİN başçıları Vaşinqtondakı danışıqların nəticələrini müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Mirzoyan Azərbaycan və ABŞ liderləri ilə avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərin nəticələrinə, o cümlədən regional nəqliyyat kommunikasiyalarının blokdan çıxması və inkişafı üzrə əldə olunmuş razılaşmalara, həmçinin gələcək birgə addımlara toxunub.

O vurğulayıb ki, Bakı və İrəvanın Birgə Bəyannaməsi infrastrukturların istismarının, o cümlədən Ermənistanda ABŞ-nin iştirakı ilə tikiləcək infrastrukturun istismarının dövlətlərin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası nəzərə alınmaqla həyata keçiriləcəyini təsdiq edir.

Tərəflər həmçinin Ermənistan və İran arasında qarşıdan gələn yüksək səviyyəli məsləhətləşmələrə və təmaslara hazırlıqla bağlı fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !