İsmayıl Bəqai: İranla Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsləhətləşmələr keçirəcək
sizinxeber.az xəbər saytı

İsmayıl Bəqai: İranla Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsləhətləşmələr keçirəcək


Bu gün və sabah İranla Ermənistan rəsmiləri arasında Zəngəzur dəhlizi ilə bağlı yüksək səviyyəli məsləhətləşmələr keçiriləcək.

“Sizinxeber.az” SNN-ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

“Biz Cənubi Qafqaz regionundakı qonşu ölkələrlə sıx əlaqə saxlamışıq və saxlayırıq. Həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Biz qonşuluq və qarşılıqlı fayda əsasında qurulan dostluq əlaqələrinə böyük əhəmiyyət veririk”, - o vurğulayıb.

İ.Bəqai Vaşinqtonda imzalanmış sənədə münasibət bildirərkən deyib ki, bu, yeni məsələ deyil:

“Əgər xatırlayırsınızsa, əvvəlki danışıqlarda hər iki tərəfi sülh sazişini imzalamağa çağırmışıq. Biz hesab edirik ki, bu saziş Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında dönüş nöqtəsi ola bilər”.

Oxşar xəbərlər

İran XİN: Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə anlaşmanı təqdir edirik
İran XİN: Biz Cənubi Qafqazda sabitlikdə maraqlıyıq
İran rəsmisi: Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsini dəstəkləyirik
İran XİN sözçüsü: ABŞ ilə növbəti danışıqlar da Omanda keçiriləcək
İran ABŞ-nin Qətərdəki bazasına zərbə endirməsinə aydınlıq gətirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər