İran XİN sözçüsü: ABŞ ilə növbəti danışıqlar da Omanda keçiriləcək
sizinxeber.az xəbər saytı

İran XİN sözçüsü: ABŞ ilə növbəti danışıqlar da Omanda keçiriləcək


ABŞ ilə İran arasında növbəti birbaşa olmayan danışıqlar Omanın paytaxtı Maskatda keçiriləcək.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai aprelin 21-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, danışıqlar nüvə məsələləri və sanksiyaların ləğvinə həsr ediləcək.

İ.Bəqai bildirib ki, BMT Təhlükəsizlik Şurasının iki mühüm üzvü, Çin və Rusiya, eləcə də İranın mühüm dostları və tərəfdaşlarıdır: “Onlar həmişə müzakirələrdə iştirak ediblər”.

Məlumata görə, növbəti, üçüncü görüş aprelin 26-da keçiriləcək. Birinci görüş aprelin 12-də Omanda, ikincisi isə aprelin 19-da Romada keçirilib.

Oxşar xəbərlər

ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran-ABŞ danışıqlarının növbəti mərhələsi aprelin 26-da Omanda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran və ABŞ danışıqları Cenevrə və Omanda davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: ABŞ ilə danışıqların ikinci mərhələsi Omanda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada Rusiya, Çin və İran nümayəndələri arasında məsləhətləşmələr keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər