İran ABŞ-nin Qətərdəki bazasına zərbə endirməsinə aydınlıq gətirib
İran ABŞ-nin "Əl-Udeyd" bazasına zərbələri Vaşinqtonun əsassız təcavüzünə cavab olaraq özünümüdafiə aktı adlandırıb.
“Report” xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi İsmayıl Bəqai “X” hesabında bildirib.
XİN nümayəndəsi həmçinin deyib ki, İranın hərəkətləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur.
"Bu özünümüdafiə aktının Qətərlə heç bir əlaqəsi yox idi, çünki bizim mükəmməl və dərin kök salmış münasibətlərimiz var. İran Qətər Dövləti və digər qonşu ölkələrə münasibətdə mehriban qonşuluq siyasətinə tam sadiqdir", - o yazıb.
Bəqai vurğulayıb ki, ABŞ və İsrailin İranla qardaş ölkələr arasındakı münasibətlərin parçalanması aləti kimi hərbi təzyiq və təcavüzdən istifadə etməsinə imkan verməyəcək.
Gülnar Mahmudova
Oxşar xəbərlər
İran İsrailə hücumu “qanuni və haqlı özünümüdafiə aktı” hesab edib
İran ABŞ-nin Qətərdəki bazasına azı 3 raket atıb - YENİLƏNİB-2
İran ABŞ-nin əl-Udeyd bazasına qarşı hərbi əməliyyata başlayıb - YENİLƏNİB-2
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib
Qətər XİN: İranın təcavüzunə birbaşa cavab vermək hüququmuz var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












