İran rəsmisi: Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsini dəstəkləyirik
İran hakimiyyəti Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsini dəstəkləyir.
“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözüçüsü İsmayıl Bəqai iyulun 28-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İslam Respublikası hər iki ölkəni bu məsələ üzərində işi davam etdirməyə çağırır.
Sözçü qeyd edib ki, İran həmişə nəqliyyat yollarının inkişafını dəstəkləyib və bu, iqtisadi inkişaf baxımından mühüm məsələdir:
“Biz marşrutların genişləndirilməsi ilə razıyıq. Ancaq marşrutların inkişafı regionun geosiyasətində dəyişikliklərə gətirib çıxarmamalıdır. Digər məsələ başqa regionlardan oyunçuların regiona daxil olması məsələsidir ki, bu da regionun inkişafı və təhlükəsizliyi maraqlarına cavab vermir".
İ.Bəqai Cənubi Qafqazdakı hadisələr və İranın bu məsələdə mövqeyinin dəyişmədiyini də vurğulayıb.
Oxşar xəbərlər
İran XİN: Biz Cənubi Qafqazda sabitlikdə maraqlıyıq
İran XİN rəsmisi Zənzgəzur dəhlizi ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb
İran XİN: Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə anlaşmanı təqdir edirik
İran XİN sözçüsü: ABŞ ilə növbəti danışıqlar da Omanda keçiriləcək
İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
