sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kamçatkada vulkan 6 km hündürlüyə kül püskürüb
Rusiyanın Kamçatka diyarında Kraşeninnikov vulkanında kül püskürməsi qeydə alınıb, hündürlük 6 km təşkil edib.
"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatında deyilir.
"Partlayışlar Kraşeninnikov vulkanının külünü dəniz səviyyəsindən 6 km yüksəkliyə qaldırıb", - məlumatda qeyd olunub.
Avrasiyanın ən hündür fəaliyyətdə olan vulkanı da (Klyuçevskaya sopka), avqustun 5-də 8 km hündürlüyə kül püskürdüb.
Oxşar xəbərlər
Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül atıb
"Klyuçevskaya sopka" vulkanında lava püskürməsi qeydə alınıb - YENİLƏNİB
Kamçatkada zəlzələdən sonra "Klyuçevskaya sopka" vulkanının püskürməsi qeydə alınıb
İndoneziyada Semeru vulkanı sutka ərzində 11 dəfə püskürüb və 4,8 km yüksəkliyə kül atıb
Kamçatkada zəlzələdən sonra “Klyuçevaya sopka” vulkanı püskürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













