İran və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə edib
sizinxeber.az xəbər saytı

İran və Pakistan XİN rəhbərləri regional məsələləri müzakirə edib


İslamabadda Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla iranlı həmkarı Abbas Əraqçi arasında görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Görüş zamanı tərəflər ən yüksək səviyyədə həllini tələb edən əsas məsələlərin ilkin müzakirələrini aparıblar. Bunlara regional inkişaf, ikitərəfli ticarət və qarşılıqlı fəaliyyət, enerji əməkdaşlığı, həmçinin müntəzəm məsləhətləşmələr və əlaqələndirmə mexanizmlərinin gücləndirilməsinin zəruriliyi daxildir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian Pakistanda iki günlük rəsmi səfərdədir.

Oxşar xəbərlər

İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
Pakistan Baş naziri İranda səfərdədir
Azərbaycanla Pakistan qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcək - YENİLƏNİB
Azərbaycan və Pakistan XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər