Qazaxıstan Ticarət Nazirliyi: Astana Vaşinqtonla tariflərlə bağlı danışıqları davam etdirir
sizinxeber.az xəbər saytı

Qazaxıstan Ticarət Nazirliyi: Astana Vaşinqtonla tariflərlə bağlı danışıqları davam etdirir


Qazaxıstan ABŞ ilə əlavə tariflərin tətbiqi məsələsi ilə bağlı danışıqları davam etdirir.

“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu proses çərçivəsində iyun ayında Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüş keçirilib. Qazaxıstan ABŞ-yə davamlı təchizatın qorunub saxlanılması və bazarlara ədalətli giriş şərtlərinin təmin edilməsi ilə bağlı rəsmi təklif göndərib. Astana Vaşinqtonla konstruktiv qarşılıqlı əlaqəyə köklənib", - məlumatda qeyd olunub.

Bildirilib ki, ABŞ dialoqa hazır olduğunu təsdiqləyib.

Xatırladaq ki, Vaşinqtonun tətbiq etdiyi tariflər Qazaxıstanın ABŞ-yə ümumi ixracının yalnız 4,8 faizinə təsir göstərir.

Oxşar xəbərlər

Qazaxıstan üç İstilik Elektrik Mərkəzinin inşası üzrə Rusiya ilə danışıqları davam etdirir
Astana və Ankara ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq barədə razılığa gəlib
ABŞ: Çinlə tariflərə dair danışıqları davam etmir
Qazaxıstan və İran 93 milyon dollarlıq kommersiya sazişləri imzalayıb
Tokayev: Qazaxıstan TDT çərçivəsində konstruktiv dialoqa sadiqdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər