Türkiyədə daş kömür mədəni çöküb, 13 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Türkiyədə daş kömür mədəni çöküb, 13 nəfər xəsarət alıb


Türkiyənin Ankara əyalətinin Beypazarı rayonunda daş kömür mədəninin çökməsi nəticəsində biri ağır olmaqla 13 nəfər xəsarət alıb.

“Sizinxeber.az” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, uçqun aprelin 10-da səhər saatlarında Hırkatepe məhəlləsindəki kömür mədənində, istehsal maşınlarının olduğu bölmədə baş verib.

Məlumata görə, mədəndə ümumilikdə 29 nəfər olub.

Yaralılardan 11-i Beypazarı Dövlət Xəstəxanasına yerləşdirilib, 2-si Ankara şəhərinə göndərilib.

Oxşar xəbərlər

İranda kömür mədənində partlayışda 19 nəfər ölüb
Polşada mədəndə bir işçi həlak olub - YENİLƏNİB
Polşada mədəndə yeraltı təkan baş verib, ən azı altı nəfər xəsarət alıb
İranda kömür mədənindəki partlayışda ölənlərin sayı kəskin artıb - YENİLƏNİB
İspaniyada kömür mədənində qəza baş verib, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər