Sobyanin: HHM sistemi Moskvaya doğru uçan daha bir PUA-nı vurub - YENİLƏNİB
Rusiya Müdafiə Nazirliyinin HHM sistemi Moskvaya hücum edən daha bir pilotsuz uçuş aparatını (PUA) vurub.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin öz “Telegram” kanalında yazıb.
"Moskvaya hücum edən daha bir PUA vurulub. Dronun qalıqlarının düşdüyü ərazidə fövqəladə hallar üzrə xidmətlərin mütəxəssisləri işləyirlər", - mer bildirib.
İki saat ərzində Sobyanin paytaxta yönəlmiş üç PUA-nın HHM sistemi tərəfindən zərərsizləşdirildiyi barədə məlumat verib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, HHM qüvvələri saat 12:05-dən 13:55-dək Ukraynanın 14 PUA-sını vurub, onlardan üçü Moskva regionu üzərində zərərsizləşdirilib.
Hava Hücumundan Müdafiə (HHM) sistemi Moskvaya doğru uçan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat verib.
"Müdafiə Nazirliyinin HHM qüvvələri Moskvaya yönəlmiş pilotsuz təyyarəni vurub. Dron qalıqlarının düşdüyü ərazidə fövqəladə hallar üzrə xidmətlərin mütəxəssisləri işləyirlər", - mer yazıb.
Oxşar xəbərlər
Sobyanin: HHM sistemi Moskvaya doğru uçan PUA-nı vurub
Sobyanin: Moskvaya doğru uçan daha 25 PUA vurulub
HHM qüvvələri gecə ərzində Moskvaya doğru uçan 10 pilotsuz təyyarəni vurub
Moskva meri şəhərə doğru uçan 32 dronun məhv edildiyini açıqlayıb
Sobyanin: Moskvaya doğru uçan doqquz PUA məhv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













