Hakan Fidan: "Terrorsuz Türkiyə" hədəfi istiqamətində bu gün çox mühüm addım atıldı
sizinxeber.az xəbər saytı

Hakan Fidan: "Terrorsuz Türkiyə" hədəfi istiqamətində bu gün çox mühüm addım atıldı


"Terrorsuz Türkiyə" hədəfi istiqamətində bu gün çox mühüm və müsbət addım atıldı.

"Report" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan "X"də yazıb.

O qeyd edib ki, türk xalqı bu müsbət irəliləyişin terrorun daimi şəkildə aradan qalxmasını təmin edəcək bir prosesə çevrilməsi arzulayır.

"Prezidentimiz tarixi liderlik və MHP sədri Dövlət Baxçalı ilə birlikdə güclü və qətiyyətli iradə nümayiş etdirdi. Bu iradəni həyata keçirməyə çalışan bütün dövlət rəsmilərimizi təbrik edirəm. KCK (Kürdüstan İcmalar İttifaqı - red) bütün komponentləri və elementləri ilə ölkəmizə, millətimizə və bölgəmizə təhlükə yaratmağı dayandırana qədər ayıq-sayıq olmağa davam edəcəyik", - H.Fidan vurğulayıb.

Oxşar xəbərlər

Hakan Fidan: Türkiyə qlobal diplomatiyanın mərkəzinə çevrilib
Hakan Fidan: Türkiyə Krımı Ukrayna ərazisi kimi tanıyır
Hakan Fidan: Türkiyə regionda sülh və sabitlik istəyir
Hakan Fidan: Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur
Hakan Fidan: Diplomatlarımızın təhlükəsizliyi gücləndiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle