Ermənistanda hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı 15 nəfər həbs edilib
Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmə cəhdi ilə bağlı artıq 15 nəfər həbs edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Məhkəmə istintaqın qaldırdığı bütün vəsatətləri təmin edib və təqsirləndirilən şəxsləri həbs edib, onların arasında "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan da var.
İstintaq Komitəsi bildirir ki, axtarışlar zamanı internet və elektrik kabellərini zədələmək üçün nəzərdə tutulmuş çoxlu sayda tezalışan əşyalar aşkar edilib.
Vəkil Aleksandr Koçubayev sosial şəbəkədə qeyd edib ki, onun müdafiə etdiyi şəxs Armen Aleksanyan səhvən həbs edilib.
"Müstəntiqlər telefon danışıqlarını araşdırarkən səhvə yol veriblər və başqa bir şəxsin hərəkətlərini müvəkkilimə aid ediblər", - o yazıb.
Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" partiyasının üzvləri tərəfindən Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarının hazırlanması barədə məlumat vermişdi. Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam onlar həbs edilib.
Oxşar xəbərlər
Ermənistan İstintaq Komitəsi arxiyepiskop Qalstanyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib
Paşinyanın mətbuat katibi Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı işi şərh edib - YENİLƏNİB 2
Ermənistanda terror aktları həyata keçirməkdə ittiham edilən arxiyepiskop həbs edilib
Paşinyanın mətbuat katibi Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı işi şərh edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













