İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
ABŞ-nin İrana qarşı endirdiyi zərbələr beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
"Sizinxeber.az"un məlumatına görə, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
“Şübhəsiz ki, ABŞ-nin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü beynəlxalq hüququn və BMT Nizamnaməsində təsbit olunmuş məcburi beynəlxalq normaların kobud şəkildə pozulmasıdır”, - İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədri və baş katibinə ünvanladığı məktubda deyilir.
“Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir”, - məktubda həmçinin deyilir.
Oxşar xəbərlər
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edib
İran XİN başçısı: İsrailin İrana qarşı hücumları BMT Nizamnaməsinin pozulmasıdır
İran İsrailin Livana hücumları ilə bağlı BMT TŞ-nin iclasının çağırılmasını tələb edib
BMT-nin daimi nümayəndəsi: İran təcavüzə cavab vermək hüququnu özündə saxlayır
İran İsrailə hücumu “qanuni və haqlı özünümüdafiə aktı” hesab edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













