Qətər İranla bağlı vəziyyətin nizamlanması üçün dialoqu bərpa etmək üzərində işləyir
sizinxeber.az xəbər saytı

Qətər İranla bağlı vəziyyətin nizamlanması üçün dialoqu bərpa etmək üzərində işləyir


Qətər İranla İsrail arasındakı münaqişənin nizamlanması məqsədilə bütün tərəflər arasında dialoqu bərpa etmək üçün diplomatik səylər göstərir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin Baş naziri, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

O, İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü zamanı bir sıra məsələlərə toxunub.

Qətərin Baş naziri vurğulayıb ki, Doha tərəfdaşları ilə birlikdə mübahisəli məsələlərin həlli məqsədilə bütün tərəflər arasında dialoqu bərpa etmək üçün fəal şəkildə səy göstərir.

O bir daha qeyd edib ki, Qətər İsrailin zərbələrini qətiyyətlə pisləyir.

Oxşar xəbərlər

Qətərin Baş naziri: Dohada Qəzza üzrə danışıqlar hələ ki heç bir nəticə verməyib
Qətərin xarici işlər naziri İrana səfər edəcək
Qətər HƏMAS-İsrail yaxınlaşmasında irəliləyiş görür
Qətərin Baş naziri İrana səfər edəcək
Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle