Pezeşkian: İran nüvə dosyesi ilə bağlı mövqeyini dəyişməyəcək
İran nüvə dosyesi ilə bağlı mövqeyini dəyişməyəcək və İsrailin hücumları davam etdikcə danışıqlar aparmayacaq.
"Report" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
O, ABŞ-ni İsrailin hücumlarını əlaqələndirməkdə ittiham edib.
"Amerikalılar danışıqlar zamanı həmişə vurğulayıblar ki, İsrail onların koordinasiyası və icazəsi olmadan heç bir aqressiv addım atmayacaq. Ona görə də indiki hücumların bu hərəkətləri təsdiqləyən ABŞ-nin koordinasiyası ilə həyata keçirildiyi açıq-aydın görünür", - Pezeşkian qeyd edib.
İran lideri daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində qeyd edib ki, İsrailin zərbələrinin ABŞ ilə əlaqələndirilməsi Vaşinqtonun etibarsızlığını göstərir.
Oxşar xəbərlər
İran Prezidenti: İsrailin ABŞ ilə zərbələri koordinasiyası Vaşinqtonun etibarsızlığını göstərir
Pezeşkian: İran heç vaxt dinc nüvə enerjisindən imtina etməyəcək
Pezeşkian: İran müharibəyə və nüvə silahı yaratmağa can atmır
Putin İran Prezidenti və İsrail Baş naziri ilə telefon danışıqları aparıb
İran nüvə dosyesi ilə bağlı ABŞ, Avropa və Rusiya ilə əlaqə saxlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













