İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi ölüb
İsrailin İrana hücumu nəticəsində altı nüvə alimi ölüb.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Ölənlər Əbdülhəmid Manuçehr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Fiqhi, Mətləbizadə, Məhəmmədmehdi Tehranci və Feridun Abbasidir.
Bildirilib ki, bu hücum İranın elmi potensialına və texnoloji inkişafına ciddi zərbə vurmaq məqsədi daşıyıb. Çünki sözügedən alimlər ölkənin nüvə proqramının inkişafında mühüm rol oynayıb və beynəlxalq elmi dairələrdə tanınmış mütəxəssislər olub.
“Məhəmmədmehdi Tehranci İran Azad Universitetinin rektoru və nüvə fizikası sahəsində tanınmış alim idi. Feridun Abbasi isə əvvəllər İranın Atom Enerjisi Təşkilatının rəhbəri vəzifəsində çalışıb və 2010-cu ildə ona qarşı sui-qəsd cəhdi olub”, - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
İsrailin Natanz nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkar edilməyib
İsveç XİN İranda edama məhkum olunan güney azərbaycanlı alimi dərhal azad etməyə çağırıb
İsveçin Tehrandakı səfiri İran XİN-ə çağırılıb
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













