Çernobılda güclü yanğınlar baş verdi - Video
sizinxeber.az xəbər saytı

Çernobılda güclü yanğınlar baş verdi - Video


Ukraynanın Çernobıl şəhərinin təcrid zonası ərazisində genişmiqyaslı meşə yanğınları baş verib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, güclü külək səbəbindən alov sürətlə yayılaraq yeni meşə sahələrini əhatə edir. Yanğının sahəsinin artıq 1100 hektardan çox olduğu qeyd olunub.

Bildirilib ki, quru hava şəraiti və mina təhlükəsi yanğının söndürülməsini çətinləşdirir.

Hadisə yerinə fövqəladə hallar xidmətinin qüvvələri, xüsusi texnika və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Oxşar xəbərlər

Mina partlayışları Ağdam və Ağdərədəki yanğının söndürülməsini çətinləşdirir
Rusiyada meşə yanğınları güclənib
Bu il Yakutiyada 3 milyon hektardan çox meşə yanıb
KİV: Los-Anceles yanğınları 8 milyon insanı təhdid edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər