Moskvaya hücum: Şəhərin müdafiə sistemi yarıldı - Video
Mayın 3-dən 4-nə keçən gecə Moskvanın mərkəzinə PUA hücumu edilib.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum zamanı PUA hündürmərtəbəli yaşayış binasına çırpılıb.
Moskva meri Sergey Sobyanin də faktı təsdiqləyib.
“"İlkin məlumatlara görə, dron Mosfilmovskaya rayonundakı binaya dəyib. Xəsarət alan olmayıb. Hadisə yerində yardım xidmətləri işləyir”, - mer bildirib.
“Exilenova+” Teleqram kanalı da yazıb ki, Moskvada binaya çırpılan PUA FP-1 tipli tam zərbə dronu olub.
"Bu, uzun müddət sonra Kremlin yaxınlığında Ukrayna hücum dronlarının ilk dəfə qeydə alındığı haldır", - kanal bildirib.
“Azadlıq” radiosunun jurnalisti Mark Krutovun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarə “Pantsir” raketdən müdafiə sistemini uğurla keçərək, Kremldən cəmi 6 kilometr aralıda yerləşən Moskvanın elit rayonunda yaşayış binasına zərbə endirib.
Oxşar xəbərlər
Sobyanin: Moskvaya uçan dörd PUA vurulub
Baş Qərargah: Rusiya Ukraynaya 251 zərbə dronu ilə hücum edib
Sobyanin: HHM sistemi Moskvaya doğru uçan daha bir PUA-nı vurub - YENİLƏNİB
Ukraynaya kütləvi dron hücumu: bina çökdü, ölənlər var - Foto
Rusiya yenə Dneprə zərbə endirib, 7 nəfər yaralanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
