Almaniyadan İsrailə Livanla bağlı çağırış...
Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb və söhbət zamanı onu Livan hökuməti ilə birbaşa sülh müzakirəsinə başlamağa çağırıb.
Sizinxeber.Az xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin sözçüsü Ştefan Kornelius deyib.
"Almaniya hökuməti ABŞ və İran arasında diplomatik anlaşmaya nail olmaq səylərini qətiyyətlə dəstəkləyir. Kansler qeyd edib ki, hərbi əməliyyatlar bitdikdən sonra Almaniya lazımi ilkin şərtlər mövcud olduğu təqdirdə Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsinə töhfə verməyə hazırdır.
Kansler həmçinin Baş nazir Netanyahunu Livan hökuməti ilə birbaşa sülh danışıqlarına başlamağa çağırıb. O, Livanın cənubundakı döyüşlərin bitməsini istəyib və Hizbullahın silahı yerə qoymalı olduğunu vurğulayıb", - Kornelius bildirib.
Oxşar xəbərlər
Almaniya kansleri Si Cinpindən Ukraynada atəşkəs səylərinə dəstək istəyib
Almaniya kansleri Çin liderini Ukraynada atəşkəsə dəstək verməyə çağırıb
Almaniya Kansleri Netanyahu ilə İsrail və İran arasında gərginliyi müzakirə edib
Almaniya Livana yardım üçün əlavə 60 milyon avro ayıracaq
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
