Almaniya Kansleri Netanyahu ilə İsrail və İran arasında gərginliyi müzakirə edib
sizinxeber.az xəbər saytı

Almaniya Kansleri Netanyahu ilə İsrail və İran arasında gərginliyi müzakirə edib


Almaniya kansleri Fridrix Merts İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

“Report” xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən İsrail və İran arasında gərginliyin artmasını müzakirə ediblər.

F.Merts həmçinin İsrailin İran obyektlərinə hücumunu dəstəkləyib və "İsrailin öz mövcudluğunu və vətəndaşlarının təhlükəsizliyini qorumaq hüququ" olduğunu bildirib.
Bundan başqa, kansler Təhlükəsizlik Şurasının iclasını çağırıb və Berlinin İsrailin Almaniyadakı obyektlərinin müdafiəsini gücləndirmək niyyətində olduğunu bəyan edib.
Merts hər iki tərəfi gərginliyi daha da artırmaqdan çəkinməyə çağırıb və Almaniyanın İranın nüvə silahı proqramı ilə bağlı çoxdankı narahatlığını xatırladıb.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr edindirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri həlak olub. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

Oxşar xəbərlər

ABŞ Prezidenti və İsrailin Baş naziri Qəzzada baş verənləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyanın yeni kansleri ABŞ Prezidenti ilə telefon danışığı aparmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu Trampla telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər