Almaniya kansleri Si Cinpindən Ukraynada atəşkəs səylərinə dəstək istəyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
15:30

Almaniya kansleri Si Cinpindən Ukraynada atəşkəs səylərinə dəstək istəyib

23 may, 2025
15:30
572

Almaniya kansleri Si Cinpindən Ukraynada atəşkəs səylərinə dəstək istəyib

Almaniya kansleri Fridrix Merts Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı ondan Ukraynada atəşkəs rejiminin tezliklə bərqərar olması səylərinə dəstək verməsini xahiş edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Berlində Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius deyib.

"Hər iki lider beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıb", - o bildirib və qeyd edib ki, Ukraynadakı münaqişə də müzakirə olunub. "Kansler Avropa və ABŞ-nin tezliklə atəşkəsə nail olunması istiqamətində birgə səyləri barədə məlumat verib. O, bu səylərə dəstək verməyə çağırıb", - Kornelius bildirib.

Onun sözlərinə görə, Merts və Cinpin qlobal çağırışların öhdəsindən gəlmək üçün birgə işləməyə hazır olduqlarını vurğulayıb və Almaniya ilə Çin arasında iqtisadi münasibətlərin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, Merts vicdanlı rəqabətin vacibliyini vurğulayıb. "Kansler və sədr Almaniya-Çin əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədilə tezliklə birbaşa dialoqu davam etdirməyi razılaşdırıblar", - nümayəndə əlavə edib.

Bizimlə əlaqə saxlayın