Kreml: Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqlamaq mümkün deyil
"Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətləri çox mürəkkəb mövzudur. Bu, danışıqlar və müzakirə mövzusudur".
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, hazırda Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin konkret parametrlərini açıqlamağın mümkün olmadığını söyləyib.
"Bu, danışıqların və müzakirələrin mövzusudur. Hazırda bu kontekstdə hər hansı konkretlikdən danışmaq mümkün deyil. Bu, çox mürəkkəb mövzudur. Bütün bunlar, əlbəttə ki, müzakirə olunacaq və müzakirə olunmalıdır. Təbii ki, hələlik heç kim konkret parametrlərin adını çəkməyəcək", - Peskov hansı təhlükəsizlik zəmanətlərinin müzakirə oluna biləcəyi ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev Vaşinqtona səfərindən sonra Ukraynanın NATO-ya daxil olmasının tamamilə qeyri-mümkün olduğunu, lakin bu və ya digər formada təhlükəsizlik zəmanətinin məqbul ola biləcəyini açıqlayıb.
Oxşar xəbərlər
Kreml: Putin Trampla təmaslara hazırdır
Kreml: Ər-Riyaddakı danışıqların məzmunu açıqlanmayacaq
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Fransa bir sıra ölkələrin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb
London sammitində Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













