Fransa bir sıra ölkələrin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb
Hazırda 15-ə yaxın ölkə atəşkəs dövründə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak etməyə hazırdır.
APA xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornyu Parisdə Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransanın müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, Ukrayna üçün hansı təhlükəsizlik təminatlarının ola biləcəyini müzakirə etdikləri ilk görüşün nəticələrinə yekun vurulub.
Onun sözlərinə görə, geniş konsensus yaranır və qərargah rəisləri uzunmüddətli sülh üçün təhlükəsizlik arxitekturası və ya qısa və orta müddətli perspektivdə siyasi liderlərə təqdim olunacaq atəşkəs variantları hazırlamağa başlayıblar.
Lekornyu hazırda təxminən 15 dövlətin bu prosesi davam etdirməkdə maraqlı olduğunu deyib.
Oxşar xəbərlər
İtaliya Ukrayna ilə təhlükəsizlik müqaviləsi imzalayıb
Lavrov: Ukrayna ilə təhlükəsizlik zəmanəti məsələsinin müzakirəsinə hazırıq
Rusiya XİN başçısı: Ukrayna ilə təhlükəsizlik zəmanəti məsələsinin müzakirəsinə hazırıq
Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada biz də hesablanmalıyıq
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













