ABŞ-ın İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib
Ermənistanda ABŞ-a məxsus bioloji laboratoriyaların yerləşdirilməsinə etiraz əlaməti olaraq bu ölkənin İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib.
APA-nın “Sputnik Armenia”ya istinadən məlumatına görə, aksiya iştirakçıları “Pentaqonun Ermənistandakı bioloji hərbi bazalarına yox” və “ABŞ-ın ölümcül bioloji laboratoriyalarına yox” şüarları səsləndiriblər.
Onlar eyni zamanda, bioloji təcrübələrin əleyhinə olan Tramp administrasiyasından rəsmi Vaşinqtondan Ermənistandakı 13 bioloji laboratoriyanı bağlamağı tələb ediblər.
Ermənistanın Ərzaq Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqor Qriqoryan ölkə ərazisində şübhəli təcrübələrin aparıldığını deyib.
O bildirib ki, ABŞ-ın biorisklərin azaldılması proqramı Bioloji Silahların Yayılması Haqqında Konvensiyanın tələblərini pozur.
Aksiyada iştirak edən fəallar ABŞ səfiri Kristin Kuininin “arzuolunmaz şəxs” elan edilməsi üçün imza toplanılmasına başlayıb və ABŞ-da yaşayan ermənilərin də prosesə qoşulmasını təklif ediblər.
Oxşar xəbərlər
İlon Mask: USAID bioloji silahların hazırlanmasını maliyyələşdirib
Belarusun İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib, binaya pomidor, yumurta atılıb
Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub
Bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə cərimələr artırılır
Azərbaycanda 3 700-dən çox itkinlə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












