Azərbaycanda 3 700-dən çox itkinlə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda 3 700-dən çox itkinlə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb


Azərbaycanda martın birinə olan məlumata əsasən, 3 700-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılaraq sistemləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı"nın təqdimatında deyib.

Onun sözlərinə görə, 2023-cü ildən etibarən bioloji nümunələrin toplanması işi Prezidenti İlham Əliyevin tapşırığı ilə 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır: 

"Mərkəz toplanmış bioloji nümunələrin DNT profillərini çıxararaq arxivləşdirir".

Oxşar xəbərlər

İtkin düşmüş şəxslərin ailələri ilə görüş təşkil olunacaq
DTX generalı: İtkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələdə erməni tərəfi ilə əməkdaşlığa hazırıq
DTX-nin rəis müavini: Münaqişə dövründə Ermənistan etnik təmizləmə və soyqırımı cinayətləri törədib
İkinci Qarabağ müharibəsi bitdiyi gündən indiyə qədər 384 nəfər minaların qurbanı olub
Bu günədək 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle