Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub
Aparılan araşdırma nəticəsində süni intellektin bioloji silah yarada biləcəyi müəyyən olunub.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşrinin dərc etdiyi məqalədə deyilir.
Biokimyaçı Rokko Kasagrande “chatbot”ların bioloji silah yaratmağa kömək edə biləcəyini açıqlayıb. Alim və komandası bioterrorçular adı altında süni intellektin imkanlarını tədqiq etmək üçün təxminən 150 saat vaxt sərf edib və bu zaman müəyyən olunub ki, “chatbot”un biosilahlarla bağlı verdiyi cavablar adi axtarış nəticələrindən tamamilə fərqlənir.
Süni intellekt Kasagrande və onun komandasına biosilahlardan istifadənin ən təsirli yolu, eləcə də hansı hava şəraitində onlardan istifadə etməyin daha yaxşı olduğu barədə geniş məlumat verib.
Tədqiqatdan sonra Kasagrande ABŞ-ın yüksək səviyyəli liderlərinə məsələ ilə bağlı hesabat təqdim edib.
Bundan əvvəl immunoloq Nikolay Kryuçkov bildirmişdi ki, bioloji silahların istifadəsi praktiki olaraq istisna edilir, çünki onlar, onlardan istifadə edən tərəf üçün də təhlükə yaradır.
Oxşar xəbərlər
Ermənistan MN İranla silah alınmasına dair gizli müqavilənin imzalandığını təkzib edib
XI Qlobal Bakı Forumu başa çatıb
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Ağ Ev: Vaşinqton İsrailə silah tədarükünü məhdudlaşdırmaq niyyətində deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












