Rusiya DİN-in keçmiş idarə rəisi saxlanılıb
Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 49 yaşlı Berejnoy Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq hesab edir ki, o, 2023-cü ildə polis binasında yarımçıq qalan təmir işlərinin qəbuluna göstəriş verib. Berejnoy həmçinin "Neptun 550" adlı xidmət gəmisini qeydiyyata almaqda, saxta sənədlərdən istifadə etməkdə və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir.
Berejnoy 2017-ci ildə idarə rəisi vəzifəsinə təyin edilib. O, çoxsaylı dövlət mükafatlarına, o cümlədən “İgidliyə görə” və "Şücaətə görə" ordeni və medalına layiq görülüb.
Berejnoy 2024-cü ilin payızında idarə rəisi vəzifəsini tərk edib.
Oxşar xəbərlər
Rusiya DİN-nin idarə rəisi Moskvada saxlanılıb
Rusiyalı general və köməkçisinin qətlinə görə Özbəkistan vətəndaşı saxlanılıb - YENİLƏNİB
Ukraynada Yanukoviçin keçmiş mühafizəçisi Rusiyaya casusluq etməkdə şübhəli bilinir
Rusiyanın Baş Qərargah rəisi Ukraynadakı müharibə zonasına gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
