Sizinxeber.az » DÜNYA » MDB » Rusiyalı general və köməkçisinin qətlinə görə Özbəkistan vətəndaşı saxlanılıb - YENİLƏNİB

Rusiyalı general və köməkçisinin qətlinə görə Özbəkistan vətəndaşı saxlanılıb - YENİLƏNİB

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib ki, General Kirillovun ölümü ilə nəticələnən terror aktını törədən şəxs Moskva vilayətinin Balaşixa rayonunun Çernoye kəndində saxlanılıb.

İstintaq Komitəsindən isə bildirilib ki, saxlanılan şəxs müstəntiqin yanına gətirilib, onunla bağlı istintaq hərəkətləri aparılır.

Kirillov və Polikarpovun qətlində şübhəli bilinərək saxlanılan Özbəkistan vətəndaşı dindirilmə zamanı bildirib ki, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb olunub və generalın yaşadığı evin girişində skuterə partlayıcı qurğu quraşdırıb. O, həmçinin binanın həyətindəki karşerinq avtomobilinə kamera yerləşdirib. Həmin avtomobildən görüntülər Dnepr şəhərinə yayımlanıb.

General və köməkçisi evdən çıxan kimi partlayıcı qurğu uzaqdan işə salınıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti dekabrın 18-də Moskvada yaşadığı evin qarşısında partladılaraq öldürülən Rusiya Silahlı Qüvvələrinin qoşun rəisi general-leytenant İqor Kirillovun qətlini törədən şəxsin tutulması ilə bağlı məlumat yayıb. Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyi və Rusiya İstintaq Komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı saxlanılıb.

Dindirilmə zamanı məlum olub ki, Kirillov və onun köməkçisinə qarşı terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilib. Özbəkistan vətəndaşına 100 min dollar mükafat və Avropa İttifaqı ölkələrindən birində yaşamaq vəd edilib.

***

10:16

Dekabrın 17-də baş verən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leyhtenant İqor Kirillov və köməkçisinin ölümü ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə RİA "Novosti" məlumat yayıb.

Ötən gün saxlanılan həmin şəxslər hadisənin sifarişçilərinin adlarını da açıqlayıb.

Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Fərid Azəri

Fərid Əkbərov

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib