Putinin sözçüsü: Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu müsbət qiymətləndiririk
sizinxeber.az xəbər saytı

Putinin sözçüsü: Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu müsbət qiymətləndiririk


Kreml Volodimir Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu müsbət qiymətləndirir, lakin onun Moskva ilə danışıqlara qadağa qoymasında bir nüans var.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bugünki brifinqində bildirib.

Kremlin sözçüsü rəsmi Moskvanın bunu müsbət qiymətləndirdiyini söyləyib: "Məsələ kiminlə oturmaqdır. Hələlik Ukrayna prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına qanuni qadağa qüvvədə qalır. Ona görə də ümumi yanaşma müsbətdir, lakin nüanslar hələ dəyişməyib", - Peskov vurğulayıb.

Qeyd edək ki, 2022-ci il oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını imzalayıb.

Oxşar xəbərlər

Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Putinin Tramp-Zelenski mübahisəsinə reaksiyasını şərh edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Prezidenti: Zelenski Moskva ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Kiyev danışıqlara hazır deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər