Bakıda kafedə yanğın baş verib - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində kafenin dam örtüyü 100 kv.m. və yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb.
Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
***
23:02
Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Şəfayət Mehdiyev küçəsində yerləşən kafedə qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda kafedə yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: Sabunçuda ağaclıq sahədə baş verən yanğın söndürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Goranboy rayonunda yanğın baş verib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binədə evdə yanğın olub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












