Kreml: ABŞ hələ də Ukraynadakı müharibənin əsas sponsoru olaraq qalır
ABŞ hələ də Ukraynadakı müharibənin əsas sponsoru olaraq qalır.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı dialoqu şərh edərkən deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar bütün bu prosesi aparan və indiyədək bu müharibəyə ən ağır maliyyə dəstəyi yükünü daşıyan əsas lokomotiv olub və indi də olaraq qalır.
Peskov qeyd edib ki, ABŞ-nin yeni administrasiyası fərqli baxışlara malikdir və “sonuncu ukraynalıya qədər müharibəni davam etdirməyə” yox, vəziyyəti sülh yolu ilə həll etməyə çalışır. "Kreml bu yanaşma ilə razıdır", - Putinin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin 46-cı Prezidenti Cozef Baydenin hakimiyyəti dövründə Vaşinqton Ukraynadakı müharibənin ən əsas dəstəkçisi olub. ABŞ, Rusiya ilə müharibədə şəraitində olan Ukraynanı hərbi, maliyyə və humanitar baxımdan dəstəkləyirdi. Bu dəstək, həm silah tədarükü, həm də iqtisadi yardım və humanitar yardım şəklində olub. ABŞ, Ukraynaya müasir silahlar, döyüş təyyarələri, artilleriya sistemləri, zirehli maşınlar və digər hərbi təchizat göndərib. Eyni zamanda, ABŞ beynəlxalq səviyyədə Ukraynanın hüquqlarını müdafiə edib və Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Oxşar xəbərlər
Putinin sözçüsü: Ukraynadakı münaqişə neft qiymətlərindən asılı deyil
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir
Kreml Ukraynanın Qələbə planına münasibət bildirib
Kreml: Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır
Kreml: Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
