Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan yeddi işçinin meyiti tapılıb - YENİLƏNİB 1
Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan daha bir işçinin meyiti tapılıb.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
05:07
Xilasedicilər Qazaxıstanın Ulitau vilayətində çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir.
APA xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici "Kazakhmys Corporation" MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir", - məlumatda deyilir.
***
23:25
Qazaxıstanın Ulitau vilayətində “Kazakhmys Corporation” şirkətinə məxsus filiz mədənində çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilib.
APA xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 17-də Ulitau vilayətinin Janarkinski rayonunda, “Kazakhmys Corporation” MMC-nin Jomart mədənində çökmə baş verib. Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - deyə məlumatda bildirilir.
Dağıntı yerində təcili xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Oxşar xəbərlər
Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan 6 işçinin meyiti tapılıb - YENİLƏNİB
Qazaxıstanda mədənin çökməsi nəticəsində ölən yeddi mədənçinin meyitləri tapılıb – YENİLƏNİB 2
Qazaxıstanda 7 mədənçi uçmuş şaxtanın altında qalıb - YENİLƏNİB
Qazaxıstanda mədəndə çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilib
Tovuzda iki ay əvvəl avtomobilin Kürə düşməsi nəticəsində batan 2 nəfərdən birinin meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













