Qlobal Cənub QHT Platformasının pavilyonu su ehtiyatlarının düzgün idarə olunmamasına həsr olunub
sizinxeber.az xəbər saytı

Qlobal Cənub QHT Platformasının pavilyonu su ehtiyatlarının düzgün idarə olunmamasına həsr olunub


Qlobal Cənub QHT Platformasının pavilyonu müxtəlif ölkələrdən və fərqli şəhərlərdən olan nümayəndələrin iştirakı ilə su qıtlığı və su ehtiyatlarının düzgün idarə olunmaması məsələlərinə həsr olunub.

APA xəbər verir ki, bunu Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) Baş katibi Fuad Kərimli World Urban Forum çərçivəsində təşkil edilən Qlobal Cənub QHT Platformasının pavilyonunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, pavilyonda Qlobal Cənub QHT Platforması çərçivəsində müxtəlif ölkələrdən təmsilçilər iştirak ediblər. Çıxışçılar Pakistan, Livan, Nigeriya və Omanı təmsil ediblər.

“Panel müzakirələri zamanı gələcəyin dayanıqlı şəhərlərinin formalaşdırılması üçün su ehtiyatlarının necə idarə olunmalı olduğu barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda, su ehtiyatlarının düzgün idarə edilməməsinin xüsusilə qadınlara və gənclərə təsiri məsələsinə toxunuldu. Çıxışçılar həmçinin gələcəyin şəhərlərinin hansı prinsiplər əsasında qurulmalı olduğunu qeyd etdilər”, – deyə o əlavə edib.

Oxşar xəbərlər

Fuad Kərimli: Gələcəyin şəhərlərinin dayanıqlı inkişafı üçün su ehtiyatları düzgün idarə edilməlidir
Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib
Qlobal Cənub QHT platforması baş ofisinin Bakıda yaradılması təklif edilib
Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü keçirilir - FOTO
Fuad Kərimli: Əsas məqsədimiz Qlobal Cənubun səsini dünyaya çatdırmaqdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər