Haluk Levent: İnsanların yenidən ev sahibi olması onların həyata yenidən bağlanması deməkdir
sizinxeber.az xəbər saytı

Haluk Levent: İnsanların yenidən ev sahibi olması onların həyata yenidən bağlanması deməkdir


Türkiyənin tanınmış rok musiqiçisi və xeyriyyəçisi Haluk Levent rəhbərlik etdiyi AHBAP platforması vasitəsilə Türkiyədə zəlzələdən zərər çəkən minlərlə ailənin mənzil probleminin həllinə dəstək verdiklərini bildirib.

Sizinxeber.az-Economics” xəbər verir ki, Haluk Levent Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) jurnalistlərə açıqlamasında mənzil məsələsinin insan ləyaqəti ilə birbaşa bağlı olduğunu deyib.

“Ev sadəcə dörd divar deyil. Ev təhlükəsizlik, aidiyyət və ümiddir. İnsanların yenidən ev sahibi olması onların həyata yenidən bağlanması deməkdir”, – o qeyd edib.

Haluk Leventin sözlərinə görə, AHBAP platforması, xüsusilə 2023-cü ildə Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərdən sonra genişmiqyaslı yardım kampaniyaları həyata keçirib, zərərçəkmiş ailələrin müvəqqəti və daimi yaşayış yerləri ilə təmin olunmasına töhfə verib.

O vurğulayıb ki, mənzil problemi yalnız fiziki infrastruktur məsələsi deyil, həm də sosial ədalət və bərabər imkanlar məsələsidir.

Qeyd edək ki, Haluk Levent Türkiyənin ən məşhur rok ifaçılarından biri olmaqla yanaşı, geniş xeyriyyə fəaliyyəti ilə tanınan AHBAP platformasının qurucusudur. Platforma zəlzələ və digər fövqəladə hallardan zərər çəkən insanlara dəstək göstərir.

Oxşar xəbərlər

Haluk Levent: WUF13 gənclərin və uşaqların səsinin qlobal səviyyədə eşidilməsi üçün vacib platformadır
Haluk Levent: "Şəhər insanlara xoşbəxtlik və rahatlıq verməlidir"
Zakir Həsənov Haluk Bayraktarla görüşüb, medalla təltif edib
Komitə sədri: WUF13 beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının ifadəsidir
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər