Ufuk Polat: “Invision Design Talks” Azərbaycanla Türkiyə arasında dizayn platformasına çevrilib
sizinxeber.az xəbər saytı

Ufuk Polat: “Invision Design Talks” Azərbaycanla Türkiyə arasında dizayn platformasına çevrilib


“Invision Design Talks” Azərbaycan ilə Türkiyə arasında dizayn və memarlıq sahəsində əməkdaşlığın güclənməsinə xidmət edir.

APA-Economics” xəbər verir ki, bunu “Invision Design Talks 2” forumunda “Seranit Azərbaycan” MMC-nin (Seranit Granit Seramik) rəhbəri Ufuk Polat deyib.

O bildirib ki, “Invision Design Talks” artıq ənənəvi xarakter alıb və Azərbaycanla Türkiyə arasında dizayn və memarlıq sahəsində əməkdaşlığın güclənməsinə xidmət edir.

Ufuk Polat qeyd edib ki, ötən il keçirilən ilk forumda dizaynın, memarlığın və yaradıcı ideyaların insanları bir araya gətirmək gücü bir daha öz təsdiqini tapıb.

Onun sözlərinə görə, iştirakçılardan alınan müsbət rəylər tədbirin hər il keçirilməsi üçün güclü stimul yaradıb.

“Seranit Azərbaycan” MMC-nin rəhbəri vurğulayıb ki, forum yalnız tədbir deyil, eyni zamanda, Azərbaycan və Türkiyə arasında dizayn və memarlıq sahəsində fikir mübadiləsi və peşəkar ünsiyyət platformasıdır.

Qeyd edək ki, “Invision Design Talks 2” forumu “Seranit Azərbaycan” MMC və “Sinerji Pro”nun əməkdaşlığı ilə təşkil olunub. Forum APA İnformasiya Agentliyinin media dəstəyi ilə keçirilir.

Oxşar xəbərlər

“Metex Mimarlık” Azərbaycanda fəaliyyətini daha da genişləndirməyi planlaşdırır
Türkiyəli memar: Bakıda tarixi irsi özündə birləşdirən hotel layihəsi üzərində çalışırıq
Türkiyə şirkəti Azərbaycanda iki tikinti layihəsində süni intellektdən istifadə edib
Almaniya və Ukrayna 1500 km mənzilli dronların birgə istehsalına başlayacaq
Səfir: Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə dərinləşir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər